Rusiya Belarus ərazisindən Kiyevə hücum etməyə hazırlaşır - Denisenko

Rusiya Belarus ərazisindən Kiyevə hücum etməyə hazırlaşır - DenisenkoRusiya hərbi texnikası Belarus sərhədinə yaxınlaşır. Yəqin ki, təcavüzkar yenidən Ukraynanın paytaxtına soxulmağa cəhd edəcək.

Telexeber.az xəbər verir ki, "Kiyev INFO" "Telegram" kanalı Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenkova istinadla məlumat yayıb.
Müşavirin sözlərinə görə, Rusiya ordusu Kiyev şəhərinə növbəti hücum cəhdini həyata keçirmək üçün müəyyən qüvvələrlə Ukrayna ərazisinə soxulmağa çalışacaqlar.

Denisenko onu da xatırladıb ki, martın 19-da Belarus diplomatları Ukraynanı tərk ediblər. O, bunu "həyəcan siqnalı" adlandırıb, lakin Ukraynanın yeni işğal halında özünü müdafiə etməyə hazır olduğunu bildirib.
Популярный ролик