Ərdoğan Putinə Zelenski ilə görüşməyi təklif edəcək

Ərdoğan Putinə Zelenski ilə görüşməyi təklif edəcəkTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səmərqənddə keçiriləcək görüş zamanı rusiyalı həmkarına Ukrayna lideri Vladimir Zelenski ilə bir araya gəlməyi təklif edəcək.

Telexeber.az xəbər verir ki, bu barədə Türkiyə mənbələri məlumat yayıb. Bildirilir ki, Səmərqənddəki görüşün əsas müzakirə mövzularından biri də Ukrayna məsələsi olacaq. Ərdoğan prezidentləri bir araya gətirməklə məsələnin birdəfəlik həllinə çalışır. Qeyd edək ki, Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının sammiti keçiriləcək.
Популярный ролик