Si Cinpin yenidən Çinin başçısı seçildi

Si Cinpin yenidən Çinin başçısı seçildiÇin Kommunist Partiyasının XX qurultayında 69 yaşlı Si Cinpin üçüncü dəfə ölkənin sədri seçilib.

Telexeber.az “Reuters”ə istinadən xəbər verir ki, oktyabrın 22-də partiyanın qurultayı başa çatıb.

Qeyd edək ki, Si Cinpin 2012-ci il noyabrın 15-dən Çin Kommunist Partiyasının Baş katibi, 2013-cü il martın 14-dən isə Çin Xalq Respublikasının Sədridir. Habelə Si Cinpin 2012-ci il noyabrın 15-dən Mərkəzi Hərbi Şuraya da başçılıq edir.
Популярный ролик