Cənubi Koreya lideri: Şimali Koreyanın atdığı raket sərhədimizi pozub

Cənubi Koreya lideri: Şimali Koreyanın atdığı raket sərhədimizi pozubCənubi Koreya Prezidenti Yoon Suk-yeol Pxenyanın raket testləri barədə açıqlama verib.

Telexeber.az xəbər verir ki, o bildirib ki, Şimali Koreyanın atdığı raketlərdən biri ölkə ərazisindən keçərək, ərazi bötüvlüyünü pozub.
Qeyd edək ki, Pxenyan Cənubi Koreya və ABŞ hava qüvvələrinin birgə təlimlərinə cavab olaraq, azı 10 raket atıb. Raketlərdən biri Cənubi Koreya sərhədindən 57 kilometr məsafədə dənizə düşüb. Şimali Koreyanın atdığı raket ilk dəfədir Cənubi Koreya yaxınlığına düşüb. Raketin əraziyə düşdüyü vaxtda Ullenqdo bölgəsində həyəcan siqnalı işə düşüb.
Популярный ролик