Körpü Bina Tikinti şirkətinin vəzifəli şəxsinin sürücüsü həbs edildi (Ağdam polis əməkdaşlarına sənədlərini təqdim etməyib və "gedin işinizlə məşqul olun"kimi sözlər işlədib)
- 19.01.2025, 13:53,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Ağdam rayonunun işğaldan azad olunmuş Kəngərli kəndi ərazisində tikinti işləri aparan Körpü Bina Tikinti şirkətinin vəzifəli şəxsinin sürücüsü həbs edilib.Telexeber.az a verilən məlumatda bildirilir ki,1997-ci il tarixində Yevlax rayonu Ərəş kəndində anadan olmuş Fərrux Rəsulov (şərti) Kəngərli kəndində saxlanılıb və barəsində inzibati xətalar məcəlləsinin 535.1- ci maddəsi ilə protokol tərtib olunub.
Fərrux Rəsulov həmin kənddə QAZ-31 markalı avtomobili yüksək sürətlə idarə etdiyinə görə saxlanılıb.Ağdam polis əməkdaşlarına sənədlərini təqdim etməyib və "GEDİN İŞİNİZLƏ MƏŞQUL OLUN" kimi sözlər işlədib.
Məhkəmənin qərarı ilə Fərrux Rəsulov İnzibati xətalar məcəlləsinin 535.1- ci maddəsi ilə təqsirli bilinib və 10 gün müddətində inzibati qaydada həbs olunub.
Xatırlatmaq istərdim ki,İşğaldan azad olunmuş torpaqlara canını fəda etmiş Qazilərimiz,Veteranlarımız,müharibə işçirakçılarımız icazəsiz buraxılmamışdır və müxtəlif qaydalara görə maniələr yaradılmışdır.Ancaq kiminsə adamı bu keçid məntəqəsini kimlərinsə icazəsi ilə sürətlə keçir və polisədə bildirir ki,gedin işinizlə məşqul olun.
Kimliyindən asılı olmayaraq hərkəs qanuna tabe olmalıdır və pulun çoxluğu o demək deyil ki,sən kimlərəsə güvənib sürrət həddini aşasan,bu azmış kimidə polisə bildirəsən ki "GEDİN İŞİNİZLƏ MƏŞQUL OLUN"