Xoşqədəm Hidayətqızı çətin vəziyyətdə: Daha iki telekanal ondan imtina etdi

Xoşqədəm Hidayətqızı çətin vəziyyətdə: Daha iki telekanal ondan imtina etdi"Səni axtarıram" layihəsinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı "Xəzər" TV ilə yollarını ayırandan sonra işsiz qalıb.

Telexeber.az yenisabah.az-a istinadən xəbər verir ki, komandası ilə birlikdə "Xəzər"i tərk edən aparıcı bu günə kimi heç bir yerli telekanalla anlaşa bilməyib.
Onun ARB-yə keçəcəyilə bağlı xəbərlər yayılsa da, sonradan həmin informasiya təkzib olundu. Məlumatlara görə, Hidayətqızına Elgiz Əkbərlə eyni efiri bölüşmək təklif olunub. Amma Elgiz bu təklifdən imtina etdiyi üçün Xoşqədəmin ARB-yə keçidi baş tutmayıb.

Məlumata görə, "Səni axtarıram"ın Space TV-də və REAL televiziyasında yayımlanması da mümkün olmayıb. Hər iki telekanalın rəhbərliyi Xoşqədəmən Hidayətqızıyla əməkdaşlıqdan imtina ediblər.
Популярный ролик