Türkiyə ordusu ŞİDDƏTLİ BOMBARDMANA BAŞLADI: Bölgə mühasirəyə alınıb - Çox sayda ölü var

Türkiyə ordusu ŞİDDƏTLİ BOMBARDMANA BAŞLADI: Bölgə mühasirəyə alınıb - Çox sayda ölü varTürkiyə ordusu İraqın şimalında irimiqyaslı əməliyyat həyata keçirir.

Telexeber.az Trthaber-ə istinadən xəbər verir ki, şiddətli toqquşmaların yaşandığı Avaşin bölgəsindəki Kartal Təpədə çox sayda PKK terrorçusu məhv edilib. Məlumata görə, əməliyyatlara qırıcılar da dəstək verir. Hədəflər top atışları ilə məhv edilir. Bildirilir ki, əməliyyatlar hələ 6 gün əvvəl başlayıb. 5 gün əvvəl isə quru qüvvələri bölgəyə girib. Hərbçilər bölgəni mühasirəyə alıb.
Əsgərlər mağarada onlarla terrorçunu mühasirəyə alaraq məhv edib. Çox sayda terrorçu təslim olub. Əməliyyatlar ötən həftə başlasa da, detallar indi açıqlanır.
Популярный ролик