Türkiyədən Krım və Donbasla bağlı GÖZLƏNİLMƏZ TƏKLİF: Xüsusi statuslu bölgə...

Türkiyədən Krım və Donbasla bağlı GÖZLƏNİLMƏZ TƏKLİF: Xüsusi statuslu bölgə...Türkiyə tərəfi Rusiya və Ukrayna arasında mübahisə yaradan Krımla və Donbasla bağlı təklif irəli sürüb.

Telexeber.az xəbər verir ki, bu barədə “Times” qəzeti məlumat yayıb. İddialara görə, İstanbulda Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə gizli görüş keçirilib. Görüşdə Türkiyə təklifini tərəflərə təqdim edib. Türkiyə Krım və Donbasın xüsusi statuslu bölgə kimi uzun müddət Rusiyanın nəzarətində qalmasını təklif edib. Məlumata görə bu model Böyük Britaniyanın Honkonq üzərindəki nəzarət modelinə bənzəyir.
Tərəflərin Türkiyənin təklifinə necə cavab verdiyi məlum deyil.
Популярный ролик