"Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq

"Sumqayıt" komandası "Qarabağ"a qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XXXII turunun oyununa baş məşqçisiz çıxacaq.
Telexeber.az xəbər verir ki, bu barədə "Report"a "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Hazırda İspaniyada təcrübə keçən Samir Abasov sözügedən qarşılaşmada texniki zonada yer almayacaq.

Qeyd edək ki, aprelin 28-də reallaşacaq "Sumqayıt" - "Qarabağ" matçı saat 20:00-da start götürəcək.
Популярный ролик