"Qarabağ" "Gent"ə qarşı - Bu gün matç var

"Qarabağ" bu gün Avropa Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.


Telexeber.az xəbər verir ki, Ağdam təmsilçisi Belçikanın "Gent" komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 21:45-də start veriləcək.

"Gent"lə qarşılaşma Ağdam təmsilçisinin Konfrans Liqasının pley-off mərhələsində ikinci sınağıdır. "Qarabağ" ötən il bu mərhələdə Fransanın "Olimpik" (Marsel) komandası ilə qarşılaşmış və mübarizəni dayandırmışdı.

"Qarabağ"la "Gent" arasında cavab oyunu fevralın 23-də, Belçikada keçiriləcək.
Популярный ролик