"Qarabağ" Premyer Liqaya qələbə ilə başladı

"Qarabağ" Premyer Liqaya qələbə ilə başladıBu gün Azərbaycan Premyer Liqasında yeni mövsümdə ilk turun daha bir oyunu keçirilib.
Telexeber.az xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" "Sabah"ı qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 45-ci və 68-ci dəqiqələrdə Mahir Emreli vurub.

Qeyd edək ki, ilk tura sabah keçiriləcək "Qəbələ" - "Zirə" oyunu ilə yekun vurulacaq.
Популярный ролик