Səfir Quranın yandırılmasından yazdı - "Allahın nurunu söndürə bilməzlər!"

Səfir Quranın yandırılmasından yazdı - "Allahın nurunu söndürə bilməzlər!"Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı İsveçdə aksiya zamanı Quranın yandırılmasına münasibət bildirib.

Telexeber.az xəbər verir ki, səfir bu barədə tviter səhifəsində yazıb: "Biz "yaşayan bir Quran" olmuş Peyğəmbərin ümmətiyik. Sizin kimi inkarçılar və azğınlar Həzrəti Adəmdən (a.s.) bəri həmişə olub. Amma Allahın nurunu heç bir insan söndürə bilməyib və söndürə bilməyəcəkdir!", - deyə diplomat qeyd edib.
Qeyd edək ki, ötən həftə İsveçin paytaxtı Stokholmdakı Türkiyə səfirliyi yaxınlığında keçirilən aksiyada Quran yandırılıb və bu, böyük etirazlar doğurub.
Популярный ролик