Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi təqaüdə çıxır - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi təqaüdə göndərilir.

Telexeber.az APA-ya istinadən xəbərə verir ki, İradə Həsənzadə, Məhəmməd Əkbərov və İlham Mahmudovdur.


Yaş həddi ilə bağlı 3 aydır bu hakimlərin icraatına yeni cinayət işləri verilmir. Onlar araşdırdıqları sonuncu işləri yekunlaşdırdıqdan sonra hakimlik səlahiyyətləri sonlandırılacaq.

Qeyd edək ki, İradə Həsənzadə, Məhəmməd Əkbərov və İlham Mahmudov 1958-ci ildə anadan olublar. Bu il onların 65 yaşı tamam olur.

İradə Həsənzadə 12, Məhəmməd Əkbərov 5, İlham Mahmudov 4 ildir Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.
Популярный ролик