Səyyar ASAN Talış kəndində xidmət göstərəcək
- 28.04.2023, 09:52,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Səyyar ASAN xidmət sabah Tərtər rayonunun işğaldan azad olunmuş Talış kəndində ilk dəfə vətəndaşlara xidmət göstərəcək.
Telexeber.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.
Xatırladaq ki, Talış kəndinə Böyük Qayıdış proqramı çərçivəsində 20 ailə bu il Novruz bayramı ərəfəsində öz dədə-baba yurdlarına köçürülüblər.