Partiya sədri ƏFV EDİLDİ
- 08.05.2023, 11:00,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev əfv edilib.
Telexeber.az xəbər verir ki, bununla bağlı bu gün Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli hökmü ilə məhkum edilmiş Əli Əliyev əfv olunub.
Siyahı ilə daha ətraflı tanış ola bilərsiniz: Prezidentdən əfv SƏRƏNCAMI
Qeyd edək ki, partiya sədri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi. Partiya sədri əvvəlcə üç müxtəlif şəxs tərəfindən xüsusi ittiham qaydasında şikayət olunduğu üçün 1 il müddətə azadlıqdan məhrum edilmişdi. Daha sonra təcridxanada kamera yoldaşına xəsarət yetirdiyi üçün cəza müddəti 2026-cı ilə qədər uzadılmışdı.