Xəzərdə dalğanın hündürlüyü 2.4 metrə çatdı - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin iyulun 16-sı saat 16:00-a olan məlumatına əsasən proses Şəki, Qax, Oğuz, Quba, Xaltan, Qrız, Şahdağ, Biləsuvar, Daşkəsən, Yardımlı, Lerik, Lənkəranda müşahidə olunub, şimşək çaxıb, arabir yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Telexeber.az-a verilən məlumata görə, səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağıb.


Şimal-qərb küləyi Neftçalada arabir 20 m/s, Bakıda və Abşeron yarımadasında arabir 18 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Prosesin axşama doğru əksər rayonlarda davam edəcəyi gözlənilir, yağıntıların intensivləşəcəyi ehtimalı var.
Популярный ролик