Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.
Xidmətdən Telexeber.az-a verilən məlumata görə, dekabrın 20-si saat 17:30-a olan məlumata əsasən Şuşa, Daşkəsən, Gədəbəy, Qax, Altıağac, Quba, Qusar, Qusar, Xaltan, Qrızda qar yağıb.
Ətraflı
Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Naftalan, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Göyçay, Beyləqan, Kürdəmir, İmişli, Cəfərxan, Yardımlı, Lerik, Lənkəran, Astarada isə hava yağıntılı olub.
Şimal-qərb küləyi arabir Bakıda 32 m/s, Abşeron Dəniz rayonunda 23-30 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.7 metrə çatıb.
Küləkli hava şəraiti 21-i gecə saatlarından mülayimləşəcək, səhər saatlarından yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə aşağı enib, hal-hazırda Bakıda 4°-dək isti qeydə alınıb.
Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar gecə saatlarında dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.