"Bunlar dayanan deyil, uşaqların ardı gələcək..." Telexeber.az xəbər verir ki, ARB telekanalının canlı efirinin qonağı neçə günün gundəmi olan xəstə qadın və onun samanlıqda doğulan usaqları olub. Elgiz Əkbərin aparıcılıq etdiyi "Elgizlə izlə" verilişində psixoloji problemi olan qadının həyat yoldaşı da istirak edib. Veriliş ərzində psixoloji problemi olan qadının ardıcıl uşaq dünyaya gətirməsinə və ailənın belə şəraitdə yaşamasına ekspertlər tərəfindən münasibətlər bildirilib. Verilişdə həmçinin məlum olub ki, Qızxanım adlı qadın növbəti dəfə əkiz uşaqlara hamilədir. Verilişdə uşaqların sağlam böyüməsi üçün anadan alınıb mərkəzlərə verilməsi müzakirə edilib. Aparıcı Elgiz Əkbər isə məsələyə fərqli münasibət bildirib. Belə ki, o həmin xəstə qadının bir daha uşaq dünyaya gətirməməsi haqqında fikir irəli sürüb:
"Biz məncə bir yolla bu qadının uşaq dunyaya gətirməsınə icazə verməməliyik. Bunlar dayanan deyil, usaqların ardı gələcək..."
Qeyd edək ki, ailəsinin ailə qurmasına icazə vermədiyi üçün psixololoji problemi olan Qizxanım adlı qadınla evlənən kişi bir neçə ildir ki, həyat yoldaşı ilə birlikdə heyvan saxlanılması üçün nəzərdə tutulan damda yaşayır. Cütlüyun 6 uşağı var. Qadın isə yenidən əkiz uşaqlara hamilədir. Hazırda uşaqların fiziki problemləri olmasa da ailə köməksız olduğu və psixoloji problemli ananın əlində böyüdüyü üçün təhlükədədir. Həmçinin ardıcıl olaraq növbəti uşaqlarını belə bir şəraitdə dünyaya gətirir. Ailənin başçısı sayılan ata isə işsizdir və içkiyə qurşanıb.