Deputatlığa namizədlərin sayı 557 nəfərə çatıb

Deputatlığa namizədlərin sayı 557 nəfərə çatıb
Azərbaycanda 2020-ci il fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2330 nəfər müraciət edib.

Telexeber.az apa-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.


M.Pənahov bildirib ki, müraciət edən şəxslərdən 2075 nəfər imza vərəqələrini götürüb:

"874 nəfər imza vərəqələrini qaytarıb, 557 nəfərin isə deputatlığa namizədliyi isə qeydə alınıb".
Популярный ролик