Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Telexeber.az-a verilən məlumata görə, buna səbəb artan sərnişin tələbatının nəzərə alınmasıdır.



Bildirilib ki, noyabrın 25-də saat 07:50-də Bakıdan yola düşən qatar saat 12:51-də Ağstafaya çatacaq.

Noyabrın 26-da saat 16:30-da Ağstafadan yola düşən qatar saat 21:35-də Bakıya çatacaq.
Популярный ролик