TKTA və MEDİA birgə təlim keçirdi - FOTO

Aprelin 9-da Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün STEAM İnnovasiya Mərkəzində təlim təşkil olunub.

Telexeber.az xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd media nümayəndələrinin müvafiq sahə üzrə görülən işlər barədə məlumatlandırılması, qarşılıqlı kommunikasiyanın səmərəli qurulması, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyət istiqamətləri barədə informasiyanın ötürülməsində effektiv yanaşmanın tətbiqi, bu sahədə ixtisaslaşmanın həyata keçirilməsinə dəstək göstərilməsidir.


Açılış mərasimində çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov Agentliyin mandatına uyğun fəaliyyət istiqamətlərinə dair media ilə səmərəli işin gücləndirilməsinin önəmini qeyd edərək cəmiyyətin adekvat şəkildə məlumatlandırılması məqsədilə keçirilən təlimin vacibliyini qeyd edib.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli media sahəsində aparılan fəaliyyətdən danışaraq bildirib ki, müasir dövrdə media cəmiyyətin inkişafında, maariflənməsində, ictimai rəyin və ümumi dünyagörüşünün formalaşmasında mühüm rol oynayır, bu baxımdan qurumlar, media və cəmiyyət arasında düzgün informasiya dövriyyəsinin təşkil edilməsi xüsusi əhəmiyyət daşıyır.

Daha sonra TKTA-nın nümayəndələri “Kvalifikasiyaların tanınması” və “Ali təhsildə keyfiyyət təminatı” mövzularında təqdimatlarla çıxış ediblər.

Təlim-seminar çərçivəsində müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Популярный ролик