Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlandı

Bakıda Cavanşir körpüsünün sökülməsi və layihənin icrası 4-5 ay ərzində tamamlanacaq.

Telexeber.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, artıq söküntü işlərinə başlanılıb:
“Ərazidə hərəkət tam məhdudlaşdırılıb və xüsusi ağır texnikalar cəlb edilib. Hazırda layihə aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir”.
Популярный ролик