Xalqın rəğbətini qazanmaq, təmiz adı qoruyub saxlamaq o qədər də asan deyil.
Azərbaycanda qida sektorunda özünə məxsus yeri olan “Ovçular ət və ət məhsulları” şirkəti istehsal etdiyi məhsulları ilə qısa zamanda böyük nüfuza malik olub. Xəzər rayonunda yerləşən istehsalat zavodu ilə yaxından tanış olmaq üçün “”Ovçular ət və ət məhsulları” ” Məhdud Məsuliyyətli Cəmiyyətində olduq. “Ovçular ət və ət məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti 1992-ci ildən fəaliyyət göstərir. Ən müasir avadanlıqlarla təhciz edilmiş laboratoriyalar, istehsal sexləri anbar və daşınma sistemləri “Ovçular ət və ət məhsulları” ailəsində bu gün müxtəlif sahələr üzrə yüksək ixtisaslı mütəxəssis çalışır. İslam qaydaları əsasında hazırlanan, ekoloji təmiz, yüksək keyfiyyətlə “Ovçular ət və ət məhsulları” ət məhsulları beynəlxalq standartlara uyğun şəkildə olan faydalı maddələr və minerallarla zəngin olan məhsulları təqdim edir. “Ovçular ət və ət məhsulları” ticarət nişanı “AZS” – Keyfiyyət, İdarəetmə Standartının sertifikatına layiq görülüb. İslamın bütün qaydalarına uyğun, halallıq prinsipləri ilə hazırlanan “Ovçular ət və ət məhsulları” ticarət nişanlı məhsulların keyfiyyətinə Qafqaz Müsəlmanları İdarəsi təminat verir. Şirkətinin istehsal etdiyi halal qidalar İslam fiqhinə əsasən, qida maddəsi və ya onun qatqı maddələri, müsəlmanlara halal olmayan heyvanların və ya İslam qaydalarına görə kəsilməmiş heyvanların hər hansı birləşmə və məhsulunu əhatə etmir. Belə ki, zavodda istehsal olunan bütün məhsullar İslam dinin qayda-qanunlarına uyğun olaraq həyata keçirilir. İstənilən şəxs gəlib zavodda istehsal olunan məhsullarla daha da yaxından tanış ola bilər. “Ovçular ət və ət məhsulları” MMC-nin rəhbəri olan Səməd Cəfərov 1992-ci ildən hallalıq işığına könül verərək yol gələn müəssisəyə rəhbərlik edir. Müəssisənin rəhbəri hallalığa önəm verən bir insandır. Ona görə də burada komanda şəklində fəaliyyət göstərən şirkət kollektivini halallıq, peşəkarlıq, əməksevərlik kimi amillər birləşdirir.
Azərbaycanda qida təhlükəsizliyi hər zaman aktualdır. İstehlakçılar hansı qida firmalarının məhsullarına etibar edib-etməməkdə tərəddüdlə qərar verirlər.
Xüsusən də kolbasa-sosiska sektorunda qeyri-müəyyənlik var və istehlakçılar hansı şirkətin məhsullarına güvənəcəklərinə əmin ola bilmirlər.
Ancaq bu sahədə araşdırmalarımız, ayrı-ayrı kolbasa şirkətləri haqda yazılarımız bir sıra məqamlara aydınlıq gətirib. Onlardan biri də “Ovçular ət və ət məhsulları” MMC müəssisəsinin istehsal etdiyi kolbasaların keyfiyyəti barədə məlumatlardır.
Adıçəkilən istehsalat müəssisəsi Avropanın qabaqcıl Almaniya, Polşa kimi ölkələrinin müasir avadanlıqlarından istifadə edir.
Firma ildən-ilə istehsalatda keyfiyyəti yüksəldir və bunun nəticəsidir ki, nüfuzlu “Uğur” mükafatına layiq görülüb.
Ötən il isə “Ovçular ət və ət məhsulları” MMC-nin istehsal sahələrində yenidənqurma işləri aparılıb.
Bu da müxtəlif çeşidli “Ovçular” kolbasalarının keyfiyyətində böyük yeniliklərə, dəyişikliklərə səbəb olub. Bakının bir neçə marketində apardığımız sorğu zamanı da həm alıcılar, həm satıcılar “Ovçular”ın servalatlarına üstünlük verildiyini söylədilər.
Satıcıların sözlərinə görə, kolbasa vitrinində “Ovçular”a aid sosiska və kolbasalar qalmır, çünki alıcılıq qabiliyyəti yüksəkdir.
Ona görə də hər ayın sonunda mağazalar şirkətə məhsullarını sifariş verirlər ki, vitrində boşluq yaranmasın.
Bir neçə gün əvvəl isə xəbər səhifələrində kolbasa firmaları haqda yazıların birində “Ovçular” MMC barədə müxtəlif iddialar yer almışdı.
Əsasən internet resursları və bir neçə saytda əvvəllər yayılmış xəbərlər əsasında hazırlanmış məqalədə şirkətin məhsullarının keyfiyyətinin aşağı olduğu, kolbasada istifadə edilən ət məhsullarının yararsız olduğu bildirilmişdi. Amma bu iddiaların kökündən yanlış, dəqiqləşdirilməmiş, ətraflı araşdırılmamış yayımlandığı məlum olub.
Şirkətin istehsal etdiyi məhsullar arasında halal, hisə verilmiş, pəhriz üçün nəzərdə tutulmuş müxtəlif çeşidli kolbasaların keyfiyyətinə təminat verilir.
Ona görə də xəbər və informasiya sayıtlarında gedən həmin məqalədə “Ovçular” MMC barədə əsaslandırılmamış, səhv və həqiqətdən uzaq iddialar qeyd olunub.
1992-ci ildən fəaliyyətə başlayan, kolbasa emalı sahəsində ixtisaslaşmış, yüksək ixtisaslı mütəxəssislərə yiyələnən “Ovçular” MMC müasir şirkətə çevrilib.
Bildirək ki, müəssisə halal qida sertifikatlarına malikdir. Hazırda şirkət bişmiş, bişmiş hisə verilmiş, yarım hisə verilmiş məhsullarının keyfiyyətinə təminat verərək alıcıların önünə çıxır.
Ekoloji cəhətdən təhlükəsiz məhsullar istehsal edən “Ovçular” MMC keyfiyyəti diqqət mərkəzində saxlayır və 2021-ci ildə keyfiyyəti daha da yüksəldib.
Belə desək, “Ovçular ət və ət məhsulları” keyfiyyəti yüksəltməklə müştərilərin qəlbini ovlayır.