"Hökumət uşaqpulunu zamanında bərpa etsəydi, indiki kimi ağır durum yaranmazdı".
Telexeber.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli 18 yaşadək uşaqların koronavirus pandemiyasında diqqətdən kənarda qalmasından danışarkən deyib.
Əli Məsimlinin sözlərinə görə, elə ailələr var ki, bir nəfər işləyir və həmin ailənin 190 manatlıq dəstək paketi almayacağı barədə rəsmi açıqlamalar cəmiyyətdə narazılıq yaradıb:
"Təbbi ki, uşaqpulu kimi maliyyə tutumlu bir məsələni indi operativ həll etmək çətin, amma bu üsul daha faydalı olduğundan, post-pandemiya mərhələsində həlli vacib olan problemlər sırasında öndə getməlidır. ”Uşaq pulu”nun bərpası proqramı işə düşənə qədər isə bir sıra ailələrdə yaranmış hazırkı gərginlikləri azatmaqdan ötrü, həm beynəlxalq praktikada tətbiq olunan "uşaqların yeməyini təmin edək” üsulunun bizdə də tətbiqinə başlanılmasını, həm də hökumətin valideynləri işləməyən ailələrdəki uşaqlara 3 aylıq müavinət verilməsini zəruri hesab edirik. Hazırda həm Bakıda, həm də regionlarda buna bənzər yardım işlərinin başlanmasını yüksək qiymətləndirir və daha çox qurumları və imkanlı insanların bu xeyirxah əmələ qosulmasını çox zəruri və həm də milli, dini dəyərlərimiz baxımından çox savab iş hesab edirik. Biz milli dəyərlərimizə daim hörmət edən xalqıq və bu dəfə də əsirlərin sınağından çıxmış milli dəyərlərimizi nümayış etdirə biləcəyik. Bu istiqamətdə həmrəyliyimizi gücləndirməli, həm dövlət xətti, həm də təşəbbüs göstərənlərin etməyə başladığı dəstəyin dairəsini genişləndirməliyik ki, pandemiyanın fəsadlarından ziyan çəkən insanlarmızın heç biri, xüsusən də ən böyük dəyərimiz olan uşaqlar bu cür dəstəkədən kənarda qalmasın. Yəni, güc birlikdədir, bir olaq, həmrəy olaq, karantin qaydalarına əməl etməklə həm yaxınlarımızı, uşaqlarımızı bu bəlaya düçar olmaqdan qoruyaq, həm də dövlətlə yanaşı digər qurumlar və imkanlı adamlar da imkansızlara dəstək olmalııdr ki, bir nəfər belə diqqətdən kənarda qalmasın. Xalqımız bu ağır imtahandan üzüağ çıxsın və perspektivlərə doğru hərəkət üçün cismanı və ruhi baxımdan sağlam çıxsın".