Dərslərin nə vaxt başlanması ilə bağlı TƏHSİL NAZİRİNDƏN AÇIQLAMA
- 15.04.2020, 08:36,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
"Təhsil sistemi çox böyük bir sistemdir. Təhsil sistemində tam tədrisin bərpa olunması, 2 milyon insanın gündəlik hərəkəti deməkdir".
Telexeber.az xəbər verir ki, bunu AzTv-nin "Hədəf" verilişində təhsil naziri Ceyhun Bayramov deyib.
Dərslərin nə vaxt başlanması ilə bağlı məsələyə gəlincə nazir bildirib: "Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargah bütün məsələləri və riskləri nəzərə alaraq, ölçüb-biçilmiş formada, sanitar-epdimioloji vəziyyətdən asılı olaraq, qərar qəbul edəcək. Tədris müddətinin dayandırılmasının uzadılması barədə qərar qəbul olunarsa, bu həftə ərzində Azərbaycan ictimaiyyəti bu barədə məlumatlandırılacaq".