Ağacların dibini betonlayan şirkət cəzalandırıldı
- 30.04.2020, 08:15,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bayıl qəsəbəsi, Ziya Yusifzadə ünvanında ağacların dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçirilib.
Telexeber.az xəbər verir ki, bunu jurnalistlərə Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
O qeyd edib ki, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan “Sabah Residens” MTK tərəfindən 16 müxtəlif cinsli ağacın gövdəsinin betonlandığı müəyyən edilib:
“Faktla bağlı akt tərtib olunub və “Sabah Residens” MTK hüquqi şəxs qismində 4000 manat məbləğində cərimə edilib.
Ağacların dibinin təmizlənməsi ilə bağlı MTK-ya Nazirliyin əməkdaşları tərəfindən göstəriş verilib və ağacların dibi şirkətin işçiləri tərəfindən betondan təmizlənib”.