Biz,Polisimizlə fəxr edirik.

Biz,Polisimizlə fəxr edirik.
Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.
Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməlli addımlar atmaq üçün geniş perspektivlər açdı.
Bu gün Ali Baş Komandan İlham Əliyevin və Daxili İşlər naziri Vilayət Eyvazovun tövsiyyələri yüksək səviyyədə icra edilir.
Koronavirus pandemiyasının tez bir zamanda qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər davam etdirilir.
Telexeber.az xəbər verir ki, bu tədbirlər çərçivəsində Bakıda və rayonlarda yaşayan maddi imkanı zəif olan sakinlərə, tənha yaşayan yaşlılara sovqatlar verilir.
Həmçinin polis əməkdaşları hər bir sakinlə ayrı-ayrılıqda profilaktiki söhbətlər aparır, onlara evdə qalmaqlarının vacibliyini izah edirlər.
Ümumiyyətlə, polis pandemiyaya qarşı ilk gündən ən peşəkar və operativ səviyyədə fəaliyyət göstərən orqan oldu.
Azərbaycanın həm yol polisi, həm çevik polis alayı gecəsini gündüzünə qataraq Azərbaycanda yayılan koronavirus pandemiyası ilə bağlı dövlətin tapşırıqlarını uğurla yerinə yetirir, xalqın qayğısına qalır, əhali arasında infeksiya çox yayılmasın deyə küçələrdə insanlarla profilaktik söhbət aparır, Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qərarları, qadağaları icra edir.
Yollarda qoyulan postlar, məhdudiyyətlər, sürücülərlə mədəni, nəzakətlə söhbət aparılması, onlara vəziyyətin izah edilməsi məhz yol polislərimizin peşəkar fəaliyyətinin göstəricisidir.
Bütün bunlara paralel olaraq polis özünün qanunla müəyyən edilmiş cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı fəaliyyətini də davam etdirir.
Bu gün hamı ev karantinində, özünü virusdan qoruduğu halda polisimiz küçə və prospektlərdə gecə-gündüz xidmət göstərir, ailələrindən, rahatlıqlarından uzaq düşərək fədakarlıq göstərirlər.
Azərbaycan polisi hər zaman dövlətimizin diqqət və etimadını hiss edir, fəaliyyətinə verilən yüksək qiyməti böyük minnətdarlıqla qarşılayır, habelə xalqımıza ən müxtəlif sahələrdə xidmət göstərməkdən böyük qürur duyur.
Onu da deməliyik ki, yol polislərinin işi dünya satandartlarına uyğun şəkildə qurulub. Amma bütün bunlar fonunda Azərbaycanda yol qəzalarının sayının bu qədər çox olması bizi məyus edir.
Yollarda baş verən qəzalara nəzər yetirdikdə adama elə gəlir ki, Azərbaycanın yollarında müharibə gedir.Əgər yol polisləri olmasa Azərbaycan yollarında avtocəngəllik baş alıb gedər.
Telexeber.az-ın araşdırma mərkəzi yazır ki, Yol polislərimiz dəfələrlə qəhrəmanlıq edərək insanları ölümdən xilas ediblər. Bu haqda mətbuatda məlumatlar çoxdur.
Polis peşəsinin çətinliyini, polis əməkdaşlarının ən ağır şərtlər altında belə xidmətini davam etdirməsini sosial şəbəkələrdən və televiziya ekranlarından görənlərin heyrətini ifadə edən “Biz, polisimizlə fəxr edirik” sitatı yetər ki, cəmiyyətin görülən işə, çəkilən zəhmətə verdiyi dəstəyi və önəmi görək. Bəli, hər yerdə polis var, çünki vətəndaşımızın cangüvəni üçün hər yerdə polis olmalıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan polisinin peşəkarlıq səviyyəsini, texniki təchizatını diqqətdə saxladığı kimi, sosial rifahını da diqqətdə saxlayır. Daxili işlər orqanları əməkdaşlarının maaşları mütəmadi olaraq artırılır, sosial vəziyyəti yaxşılaşır.
Популярный ролик