“Rayon sakinləri Bakıya gələ bilməz” - Kamran Əliyevdən AÇIQLAMA

“Rayon sakinləri Bakıya gələ bilməz” - Kamran Əliyevdən AÇIQLAMA''Rayonlar arasında gediş-gəliş sərbəstdir.''

Telexeber.az xəbər verir ki, bu fikirləri Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.
''May ayının 4-dən etibarən ölkədə elan olunmuş xüsusi karantin rejimi ilə bağlı bəzi yumşaldılmalarla əlaqədar Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın bütün rayonlarına tətbiq edilən məhdudiyyətlər ləğv edildi. Məhdudiyyət ləğv edilmiş rayonlarda və şəhərlərdə yaşayan şəxslər ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna olmaqla şəhər və rayonlara sərbəst şəkildə gedib gələ biləcəklər.''

Kamran Əliyev bildirdi ki, məhdudiyyət ləğv edilmiş rayonların sakinlərinə adıçəkilən rayon və şəhərlər istisna olmaqla yalnız həmin rayonlarda bir birinin arasında gediş gəlişinə icazə verilir.

Əgər şəxsin yaşayış və ya qeydiyyat yeri rayonda, iş yeri isə Bakı şəhərindədirsə və işlədiyi müəssisə artıq fəaliyyətə başlayıbsa, həmin şəxs haqqında məlumat icaze.e-gov.az portalında yerləşdirildikdən sonra Bakı şəhərinə gələ bilər. Bir sözlə Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri və Abşeron rayonu ərazisində yaşayan şəxslərin digər rayon və şəhərlərə, o cümlədən həmin rayon və şəhərlərdə yaşayan şəxslərin adıçəkilən yerlərə gəlişinə icazə verilmir.
Популярный ролик