Azərbaycanda koronavirusa yoluxan uşaqların vəziyyəti AÇIQLANDI
- 07.05.2020, 09:37,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanda koronavirusa yoluxan uşaqların vəziyyətini açıqlayıb.
Telexeber.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında çıxış edən agentlik sədri qeyd edib ki, bu günə qədər ölkədə koronavirusa yoluxan uşaqlar arasında ağırlaşma halı olmayıb:
“Onlar müəyyən müddətdən sonra test nəticələri 2 dəfə neqativ olduğu halda həkim nəzarəti altında evə buraxılırlar”.
Qeyd edək ki, Azərbaycanda ümumilikdə virusa yoluxanların 5%-i 0-9 yaş, 6%-i 10-19 yaş arası olan şəxslərdir.