Rayonlararası sərnişindaşıma nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA

Rayonlararası sərnişindaşıma nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMAÖlkədə tətbiq edilən xüsusi karantin rejmindən mərhələli şəkildə çımaq lazımdır.

Telexeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, sarı zonada yerləşən rayonlararası ictimai nəqliyyat, sərnişindaşımanın təşkili ola bilsin ki, önümüzdəki həftələrdə bərpa edilsin.

"Artıq icazə qadağasının götürüldüyü, kafe və restoranların açıldığı və gediş-gəlişə icazə verilən rayonlar arasında sərnişindaşıma bərpa edilə bilər. Bütün hallarda biz karantin rejimindən mərhələli şəkildə çıxacağıq”.
Популярный ролик