Xəbərin başlığında qeyd etdiyimiz göz qamaşdırma Fotoda öz əksini tapmışdır.
Bəli,biz gənclərimizi bu cür görmək arzusundayıq,bəzi rayonlarımızda itib batan gənclik arzuları Şəmkir rayon Gənclər və İdman İdarəsində uğurlar qazanılmasına Respublika eləcədə Dünya yarışlarına hazırlanır.
Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev idmanın inkişafına xüsusi diqqət və qayğı göstərir. Buna görə də ölkəmiz son illərdə idmanın inkişafı istiqamətində mühüm uğurlar qazanıb, idmançılarımız isə Azərbaycanı beynəlxalq idman yarışlarında layiqli şəkildə təmsil ediblər. Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını şərtləndirib, idmanın kütləviliyi təmin edilib.
Bütün bu uğurlar Azərbaycanda idmanın inkişafına göstərilən qayğının sayəsində əldə olunur,Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, Dövlət Başçımızın bu qayğısından səmərəli istifadə edərək gəncliyimizi uğurlara aparır. Bütün bu reallıqlar və nailiyyətlərin fonunda əminliklə deyə bilərik ki, idman ictimaiyyətinin seçimi bəllidir: Azərbaycanın idman ictimaiyyəti cənab İlham Əliyevi dəstəkləyir!