Azərbaycanın bu kəndlərində koronavirus daha çox yayılıb - OPERATİV QƏRARGAH / VİDEO

Azərbaycanın bu kəndlərində koronavirus daha çox yayılıb - OPERATİV QƏRARGAH / VİDEO"Yoluxmanın yüksək olduğu bölgələrdən biri Lənkəran rayonudur".

Telexeber.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, koronavirusla mübarizə iki mərhələyə bölünüb:

“Birinci dövr karantin dövrü və məhdudiyyətlərin tətbiq edilməsi idi. Gəncə şəhərində bütün dövlət qurumlarının birgə apardığı tədbirlər nəticəsində epidemiyanın yayılmasının qarşısını almaq müəyyən qədər mümkün olub. Lakin yoluxmanın artma riski qalır, arxayınlaşmamalıyıq. Yevlax rayonunda son günlərdə 64 sakin virusa yoluxub. Lənkəranda yoluxmanın yüksək olduğu kəndlər var. Şağlaser 31, Boladi 16 və Vilvan kəndində 11 fakt aşkarlanıb. Bu bölgələrin sakinləri karantin qaydalarına xüsusilə əməl etməlidirlər”.
Популярный ролик