Bu şəxslərə əlavə ödənişlər ediləcək - ŞAD XƏBƏR
- 17.05.2020, 08:49,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Nazirlər Kabienti xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsinin və əlavənin ödənilmə müddətinin müəyyən edilməsi barədə qərar verib.
Telexeber.az xəbər verir ki, bununla bağlı baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsi aşağıdakı kimi müəyyən edilib:
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondununrayon (şəhər) şöbələrinin sosial xidmət sektorunda çalışan işçilər;
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondununtabeliyində olan psixonevroloji, sağlamlıq imkanları məhdud uşaqlarüçün, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisələrinin, habelə həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzində çalışan işçilər.
Müddətli əlavə 2020-ci il aprelin 1-dən iyunun 1-dək olan müddət üçün iş vaxtına mütənasib olaraq ödənilir.