Karantin rejimini pozan bloger cərimələndi
- 17.05.2020, 09:00,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Özünü bloger adlandıran Tərtər rayon sakini Ziya Mahmudov xüsusi karantin rejiminin tələblərini pozduğuna görə rayon polis şöbəsinin xidmətdə olan əməkdaşları tərəfindən saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən inzibati qaydada barəsində cərimə protokolu tərtib edilərək, sərbəst buraxılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Telexeber.az-a bildirilib ki, xüsusi karantin rejiminin tətbiqindən sonra bu Z.Mahmudovun inzibati qaydada üçüncü cəzasıdır.
Bundan əvvəl də o, iki dəfə xüsusi karantin rejiminin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən 100 manat məbləğində cərimələnib.