Binəqədidə narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib
- 23.05.2020, 08:22,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Polis Binəqədi qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.
Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Telexeber.az xəbər verir ki, əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olanBinəqədi qəsəbəsi sakinləri əvvəllər məhkum olunmuş Ruhin Səttarov,Kübra Həsənova, Tərlan İsrafilov və Nəcəf Əsədi saxlanılıblar. Onların üzərlərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.