Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri başladı

Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri başladıBakının Ziya Bünyadov prospektindən təmir işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Telexeber.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili məqsədi ilə Ziya Bünyadov prospektində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
Sürücülərdən sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
Популярный ролик