Azərbaycanlı aktyor xəstəxanaya yerləşdirildi - Koronavirus şübhəsi ilə... FOTO

Azərbaycanlı aktyor xəstəxanaya yerləşdirildi - Koronavirus şübhəsi ilə... FOTOCəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyevdə pnevmoniya aşkarlanıb.

Telexeber.az xəbər verir ki, bu barədə “unikal.org”a əməkdar artistin özü məlumat verib.
O bildirib ki, hazırda xəstəxanada müalicə olunur:
Azərbaycanlı aktyor xəstəxanaya yerləşdirildi - Koronavirus şübhəsi ilə... FOTO
“Qızdırma və öskürəyim olduğu üçün koronavirus testindən keçdim. Testin nəticəsi açıqlanana qədər nəfəs darlığım olduğu üçün M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişəm.

Mənə sətəlcəm olduğumu dedilər. Koronavirusla bağlı testin cavabını gözləyirəm. Ondan sonra vəziyyətim dəqiq bilinəcək”.
Популярный ролик