Qıza mesaj yazan polis haqqında qərar verildi
- 22.07.2020, 11:48,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Bir neçə gün öncə Sevda Mahmudova adlı xanım sosial şəbəkə hesabında karantin qaydalarından sui-istifadə edən polis haqqında məlumat paylaşıb.
Telexeber.az xəbər verir ki, həmin xanım bildirib ki, polis əməkdaşı yoxlanış zamanı onun şəxsi məlumatlarını əldə edib və S.Mahmudovaya mesaj yazıb.
Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, sözügedən məsələ araşdırılıb və təsdiqini tapıb. Nəticədə polis əməkdaşı Zahir Abbasov haqda qərar verilib. Belə ki, o, tutduğu vəzifədən azad edilib.
Həmçinin oxu: Polis karantin zamanı vətəndaşın şəxsiyyətini yoxladı, “Facebook”da ona mesaj yazdı