Ermənistan itkiləri açıqlayır: Daha bir erməni hərbçisi ölüb

Ermənistan itkiləri açıqlayır: Daha bir erməni hərbçisi ölübErmənistan Respublikasının hərbi qulluqçusu aldığı güllə yarasından ölüb.

Telexeber.az bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, gecə saat 01:10 radələrində Ermənistan Respublikasının şimal-şərq istiqamətində yerləşən hərbi mövqelərindən birində qulluq edən əsgər Aşot G.Mikaelyan atəş nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, daha öncə hərbi ekspertlər Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə ermənilərin itkiləri gizlətdiyini və zamanla bu itkiləri bir-bir açıqlayacaqlarını bildirirdilər. (Trend)
Популярный ролик