
Müasir dövrdə sosial şəbəkələr informasiya mübadiləsinin ən sürətli vasitələrindən birinə çevrilib. Bununla yanaşı, müxtəlif şəxslər və şirkətlər haqqında yayılan məlumatların dəqiqliyinin araşdırılması da mühüm əhəmiyyət kəsb edir. Son günlər “Zeytun Pharmaceuticals” MMC və şirkətin rəhbəri Bəhruz Şirəliyevin adı ətrafında aparılan müzakirələr bir daha göstərir ki, istənilən məsələyə hüquqi və obyektiv yanaşma vacibdir.
Uzun illərdir fəaliyyət göstərən “Zeytun Pharmaceuticals” MMC Azərbaycanın əczaçılıq sektorunda tanınan şirkətlərdən biri kimi tanınır. Şirkət fəaliyyət dövründə geniş işçi kollektivi formalaşdırıb, ölkənin müxtəlif bölgələrində xidmət şəbəkəsini genişləndirib və səhiyyə sektorunda öz mövqeyini möhkəmləndirib.
Şirkətin rəhbəri Bəhruz Şirəliyev isə bir çoxları tərəfindən sahibkarlıq fəaliyyəti ilə yanaşı sosial təşəbbüslərə verdiyi dəstəklə xatırlanır. Müxtəlif dövrlərdə şəhid ailələri, müharibə iştirakçıları, qazilər və sosial yardıma ehtiyacı olan insanların yanında olması barədə ictimaiyyət arasında müsbət fikirlər səsləndirilir. Onun rəhbərlik etdiyi qurumun sosial məsuliyyət layihələrinə diqqət ayırması da bu baxımdan xüsusi qeyd olunur.
Müşahidəçilərin fikrincə, böyük şirkətlərin və tanınmış iş adamlarının zaman-zaman müxtəlif iddialarla üzləşməsi yeni hal deyil. Lakin hər hansı ittihamın və ya məlumatın hüquqi qiyməti yalnız rəsmi araşdırmalar və təsdiqlənmiş faktlar əsasında müəyyən edilə bilər. Buna görə də cəmiyyət daha çox nəticələrə, görülən işlərə və real fəaliyyətə üstünlük verir.
Bu gün “Zeytun Pharmaceuticals” MMC fəaliyyətini davam etdirir, vətəndaşlara xidmət göstərir və inkişaf strategiyasını həyata keçirir. Şirkətin əldə etdiyi nailiyyətlər, formalaşdırdığı iş mühiti və uzun illər ərzində qazandığı etimad onun fəaliyyətinin əsas göstəriciləri kimi dəyərləndirilir.
Bəhruz Şirəliyevin tərəfdarları hesab edirlər ki, insan haqqında ən obyektiv qiyməti onun gördüyü işlər verir. Məhz bu səbəbdən də onun adı çəkilərkən ilk növbədə sosial layihələr, sahibkarlıq fəaliyyəti və cəmiyyətə verdiyi töhfələr yada düşür.
Vaxt keçdikcə bütün məsələlərə hüquqi və obyektiv qiymət veriləcək. Lakin dəyişməyən bir həqiqət var: cəmiyyət hər zaman görülən işlərə, real nəticələrə və insanlara göstərilən dəstəyə xüsusi önəm verir.
Telexeber.az