Bakıda bu marşrutun hərəkət istiqaməti dəyişdirilir
- 14.07.2026, 13:31,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda 172 nömrəli marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.
Bu barədə Telexeber.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, 14-16 iyul tarixlərində Bilgəh qəsəbəsinin Respublika küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir-bərpa işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Məhdudiyyət səbəbindən 172 nömrəli marşrutun hərəkəti müvəqqəti olaraq Azərbaycan Qadını küçəsi (Bilgəh qəsəbəsi) - Bilgəh-Pirşağı yolu (İstiqlaliyyət küçəsi) istiqaməti üzrə təşkil ediləcək.