“Lotu Quli”nin ölümündən sonra cinayətkar aləmin yeni liderinin adı açıqlandı - FOTO
- 22.08.2020, 11:40,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Cinayətkar aləmdə liderliyə iddia edə biləcək yeganə kriminal avtoritet Suxumi klanının lideri Merab Djanqveladzedir ("Suxumski”).
Bu barədə Lenta.ru-ya kriminal aləmdə həyatın işıqlandırılması ilə məşğul olan, Rusiyanın "Praym Kraym” informasiya agentliyinin redaktoru Viktoriya Gefter məlumat verib.
Onun fikrincə, Merab Suxumskini yeraltı dünyanın yeni lideri adlandırmaq olar, çünki o, avqustun 19-da qətlə yetirilən azərbaycanlı qanuni oğru Nadir Səlifov ("Lotu Quli”) ilə bərabər nüfuza malik biridir.
"Praym Kraym” redaktoru "Quli”nin ölümünün mafiya müharibələrinin nəticəsi olduğunu deyib:
"Düşünürəm ki, bu (qətl) ən çox elə "Quli”nin özü üçün gözlənilməz oldu. Bir çoxu onun belə sonu olacağını proqnozlaşdırsa da, bu qədər tez olacağını düşünmürdü. "Quli” düşmənlərini tanıyırdı, amma ölümün haradan gələcəyini bilmirdi. Qatilini özü yaxınlaşdırdı və başının arxasından vuruldu”.
Viktoriya Qefter azərbaycanlı "qanuni oğru”nun klanının taleyinin anlaşılmaz olduğunu bildirib.
"Əsas məsələ Quli imperiyasının nədən ibarət olduğu və onun kimə miras qalacağıdır”, - deyə agentliyin həmsöhbəti sözlərini yekunlaşdırıb. (oxu.az)