Son günlər yayılmış video ilə dahada məhşurlaşan Şəmkir rayon icra hakimiyyətinin başçısı, mətbuata açıqlama verməkdən qaçır. İnsanların etirazına səbəb olan yayılmış videoda, içki məclisi quran cənab başçını karantin qayadalarını pozduğu üçün, aidiyyatı orqan cəzalandıracaqmı? Cənab Prezidentimizin COVİD 19 virusu ilə mübarizədə qoyduğu qanun-qaydaya Şəmkir rayon icra başçısının qarşı çıxması (saymamazlıq etməsi) nədən xəbər verir? Telexeber.az-ın bu kimi suallarına Şəmkir rayon icra hakimiyyətinin mətbuat xidməti niyə susdu?! Gələn buraxılışımızda Şəmkir rayon icra hakimiyyətinin başçısının sakinlərə xidməti müzakirə olunacaq. Bizi izləməyi davam edin.