Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev taksilərə tətbiq olunacaq vahid qiymət tarifi haqqında danışıb.
Telexeber.az xəbər verir ki, Hikmət Babayev çıxışında “taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” sözlərini işlədib. ''Taksi qiymətləri avtobus qiymətlərinə bərabər olub.Taksidən gündəlik yararlanmaq olar. Müəyyən imkanlara bağlı olan insanlar taksidən istifadə etməlidir. Nəqliyyatda daşımalar üçün gündəlik avtobusların xidmətindən yararlanmaq lazımdır.