Rəhim Qazıyev ev dustaqlığına buraxıldı
- 05.09.2020, 09:18,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabiq Müdafiə naziri Rəhim Qazıyev ev dustaqlığına buraxılıb.
Telexeber.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O bildirib ki, Səbail rayon məhkəməsinin hakimi Şəhla Süleymanova Rəhim Qazıyev barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatəti təmin edib:
"Ev dustaqlığı qətimkan tədbirinin müddəti 13 noyabr 2020-ci il tarixinədək müəyyən edildi".
Qeyd edək ki, rəsmi məlumata görə, 2020-ci il iyulun 12 və 13-də sabiq Müdafiə naziri R.Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.
R.Qazıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.
Səbail rayon Məhkəməsinin qərarı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.