TƏBİB-dən koronavirusla bağlı nikbin AÇIQLAMA
- 07.09.2020, 23:08,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda koronavirusa görə itkilərin sayı çox-çox az olub.
Telexeber.az Trend-ə istinadla xəbər verir ki, bunu TƏBİB-in İşçi qrupunun rəhbəri Vasif Əliyev "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda pandemiya ilə əlaqədar ölkədə kifayət qədər çarpayı fondu var:
"Ötən müddətdə peşəkar həkim kollektivimiz formalaşdı. Bütün bunlar kompleks işlərdir və bir-biri ilə bağlıdır. Dövlət tərəfindən laborator binaların və orada xidmətin təşkili, xəstəxanalarda müayinə-müalicə xidmətinin təşkili, kadr çatışmazlığının həlli - bütün bu qabaqlayıcı tədbirlərin nəticəsində Azərbaycan dövləti, səhiyyəsi xalqa lazımi tibbi xidməti göstərdi və bu xidmətin göstərilməsini davam etdirir”.