Ermənilər Tərtərin kəndlərini yenidən atəşə tutdu
- 09.10.2020, 15:53,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Cəbhədə şiddətli döyüşlər davam edir.
Telexeber.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini yenidən atəşə tutur, dinc sakinləri hədəf alır.
Oktyabrın 9-u səhər saatlarından başlayaraq düşmən Tərtər rayonun Qazyan, Qapanlı və Qaradağlı kəndlərini artilleriya atəşinə tutur. Nəticədə mülki evlərə ziyan dəyib.
Azərbaycan Ordusu tərəfindən düşmənə adekvat tədbirlər görülür, döyüşlər davam edir.(Report)