“Komsomolskaya Pravda” Gəncədəki fotoları Xankəndidəki kimi qələmə verdi - FOTO

“Komsomolskaya Pravda” Gəncədəki fotoları Xankəndidəki kimi qələmə verdi - FOTORusiyanın “Komsomolskaya Pravda” internet qəzeti işğalçı Ermənistanın raket hücumu nəticəsində Gəncədə dağıdılan binanın fotosunu ötən gün “Xankəndidə raket zərbəsindən sonra dağılan bina” başlığı ilə yayımlayıb. Bu, sosial mediada etirazlarla qarşılanıb.

Telexeber.az xəbər verir ki, qəzetin saytında humanitar atəşkəs razılığına gəlindikdən sonra da döyüş əməliyyatlarının davam etdirilməsinə dair məqalə dərc olunub.
Məqalədə Gəncədə raket hücumu nəticəsində dağılan binanın, zərərçəkən insanların fotoşəkilləri yerləşdirilib və guya hadisə Xankəndidə baş vermiş kimi qələmə verilib. Qəzetin bu cür qeyri-peşəkar addımı həm Azərbaycan, həm də Türkiyə sosial media istifadəçiləri tərəfindən kəskin reaksiya ilə qarşılanıb və tənqidlərə səbəb olub.

Sonradan fotolar saytdan silinsə də, “Komsomolskaya Pravda” məsələ ilə bağlı heç bir izahat, təkzib və ya üzrxahlıq etməyib. Bu da həmin məqalənin bu formada dərcinin qeyri-peşəkarlıqdan daha çox saxtakarlıq və qərəz xarakteri daşıdığını deməyə imkan verir.
“Komsomolskaya Pravda” Gəncədəki fotoları Xankəndidəki kimi qələmə verdi - FOTO
“Komsomolskaya Pravda” Gəncədəki fotoları Xankəndidəki kimi qələmə verdi - FOTO
Популярный ролик