Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
- 15.01.2021, 21:58,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad olunmuş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.
Telexeber.az nazirliyin saytına istinadla xəbər verir ki, Qubadlı rayonunun Xanlıq kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölməsi fəaliyyətə başlayıb. Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqla təchiz edilib.
Xatırladaq ki, işğaldan azad olunmuş digər ərazilərdə, o cümlədən Qubadlı şəhərində də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yerli strukturları fəaliyyətə başlayıb.