Sabahdan daha bir marşrutda nağdsız ödəniş tətbiq ediləcək
- 04.03.2021, 19:08,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda daha bir marşrut xətti üzrə hərəkət edən avtobuslar nağdsız ödəniş sisteminə keçir.
Bakı Nəqliyyat Agentliyindən Telexeber.az-a verilən məlumatda bildirilir ki, martın 5-dən 64 nömrəli marşrut xətti ( “Neftçilər” m/s – Yeni Günəşli qəs. (D yaş.mas.) ) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bununla da gün ərzində orta hesabla 13.000 nəfərdən artıq sərnişinin rahat daşınması təmin olunacaq.
Sərnişinlərin rahatlığı nəzərə alınaraq Yeni Günəşli qəsəbəsi üzrə zəruri ərazilərdə ümumilikdə 5 ədəd “BakıKart”ın balansını artırmaq üçün ödəmə pos-terminalları qoyulacaq.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.